Bülənt Qorxmaz komandasını boykot etdi

Bülənt Qorxmaz komandasını boykot etdi
XƏBƏR 28 Dekabr 2009 / 13:14 2179
-  A +

“Qalatasaray” klubunun yeni üzvü olan 583 nəfərə üzvlük vərəqələri təqdim olunub. Qol.Az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul klubuna yeni üzv olanlar arasında bu klubun sabiq futbolçusu və baş məşqçisi, hazırda “Bakı”nı çalışdıran Bülənt Qorxmaz da var. Lakin hazırda Türkiyədə olmasına baxmayaraq, “Bakı”nın çalışdırıcısı aldığı dəvəti geri çevirərək, “Qalatasaray” litseyində baş tutan mərasimə qatılmayıb. Qorxmazla yanaşı kluba üzv olan Hakan Şükür, Ümit Davala, Arif Ərdem, Ergün Pənbə, Hakan Ünsal, Hasan Şaş, Tuqay Kərimoğlu və Vədat İncəefe də mərasimi boykot ediblər.      

Türkiyənin "Zaman" qəzetinin yaydığı məlumatda isə bildirilir ki, əfsanəvi futbolçuların tədbirə qatılmaması heç də səbəbsiz deyil. Müxtəlif vaxtlarda "Qalatasaray"dan incik şəkildə ayrılan həmin oyunçular məhz sözü bir yerə qoyaraq, tədbirə qatımaqdan imtina ediblər. "Sarı-qırməzılı" klubun prezidenti Adnan Polat isə məhz bu tədbirdə komandadan incik düşən futbolçularla barışmaq istəyirdi.


 


Son xəbərlər