“Qarabağ” Vaqif Cavadovu 1,2 milyon avroya satıb (EKSKLÜZİV)

ÖLKƏ FUTBOLU 28 Dekabr 2009 / 12:18 2978
-  A +

“Qarabağ”ın Vaqif Cavadovu “Tvente”yə satdığı qiymət məlum olub. Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, “Tvente” Vaqifə görə Ağdam klubuna 1,2 milyon avro ödəyəcək. 

Qol.Az-ın əldə etdiyi başqa bir məlumata görə, Vaqifin "Tvente"yə keçidində təkcə futbolçunun özünün oyununun deyil, "Qarabağ"la Enshede klubu arasında olan isti münasibətlər də xüsusi rol oynayıb. Xatırladaq ki, bir müddət əvvəl "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl və direktor Əmrah Çəlikəlin Hollandiyaya səfəri zamanı Ağdam klubu ilə "Tvente" "qardaşlaşmış" klublar elan edilmişdi. 

Vaqif Cavadovun Avropanın aparıcı klublarından olan "Tvente"Yə keçməsində, Hollandiya kimi qabaqcıl futbol ölkəsində legioner həyatı yaşamasında futbolçunun göstərdiyi oyunla yanaşı, "Qarabağ"ın son zamanlar yerli futbolçulara göstərdiyi diqqət və qayğını da xüsusi qeyd etmək olar. Bütün bunların nəticəsidir ki, bu gün milli komandaya ən çox futbolçu verən klub da, yerli oyunçulara ən çox güvənən də məhz "Qarabağ"dır. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı