Vaqif Cavadovu “Qarabağ”da kim əvəzləyəcək?

Vaqif Cavadovu “Qarabağ”da kim əvəzləyəcək?
XƏBƏR 28 Dekabr 2009 / 11:56 2073
-  A +

Vaqif Cavadov “Qarabağ”ı “Tvente”yə dəyişəndən sonra Ağdam klubunda onu hansı futbolçunun əvvəzləyəcəyi maraq doğurur. Qol.Az-ın məlumatına görə, Vaqifi “Qarabağ”da əvəzləyə biləcək bir neçə oyunçu var. Vaqifin hazırkı komanda yoldaşlarından Emin İmaməliyev, Tural İsgəndərov və Vüqar Nadirov onu əvəzləyə bilərlər. Eminin adını təsadüfən çəkmədik. Nəzərə almaq lazımdır ki, Vaqif yalnız hücumda deyil, eyni zamanda yarımmüdafiənin sol cinahında da çıxış edir.
Vaqifin yerinə daha bir namizəd isə gənc oyunçu Tural İsgəndərovdur. 19 yaşlı futbolçunun perspektivini nəzərə alsaq, Qurban Qurbanovun ona da şans verməsi mümkündür.
Baş məşqçinin Vaqifin mövqeyində Vüqara güvənməsi də mümkün variantlar arasındadır. Amma bunun üçün komandaya daha bir hücumçunun transferi zəruridir. “Qarabağ”a transfer olunacaq yeni hücumçunun kimliyi hələlik məlum olmasa da, bu baxımdan daha çox gənc hücumçu Fərid Quliyevin adı hallanır. Cari mövsümdə ölkə çempionatında legionerin hegemonluq etdiyi bombardirlər yarışında yer alan yeganə azərbaycanlı futbolçu olan Quliyevin Ağdam klubuna keçməsi realdır. Onun gənc olması da Qurban Qurbanovun seçiminə təsir edə bilər. Xatırladaq ki, Fərid 19 yaşında olarkən icarə əsasında “Qarabağ”da çıxış edib.
Bununla belə, “Qarabağ”a yerli deyil, legioner hücumçunun da transferi mümkündür. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord