Azərbaycanda futbol menecerliyilə məşğul olmuş Nigeriya vətəndaşı əfv edildi

XƏBƏR 27 Dekabr 2009 / 14:21 2336
-  A +

Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 25-də imzaladığı əvf fərmanı ilə azadlığa buraxılan 89 məhkum arasında ölkəmizdə futbol menecerliyi ilə məşğul olmuş bir Nigeriya vətəndaşı da var. Qol.Az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Otos Oçhuko Kinqsley Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 17 iyul tarixli hökmü ilə məhkum edilib.
Əfv fərmanı ilə azadlığa buraxılan Otos Kinqsleyin yaxın vaxtlar ölkəsinə deportasiya ediləcəyi gözlənilir.


 


Son xəbərlər