Kürşat Duymuş: “Azərbaycanda futbolçular daha çox fiziki cəhətdən güclü olurlar”

Kürşat Duymuş: “Azərbaycanda futbolçular daha çox fiziki cəhətdən güclü olurlar”
XƏBƏR 26 Dekabr 2009 / 18:25 2016
-  A +

“Bakı”ya yeni transfer olunan Kürşat Duymuşun müsahibəsi

- Özünüz barədə məlumat verərdiniz.
- Futbola Ankarada “Şəkərspor” klubunun aşağı yaş qrupları üzrə komandalarında başlamışam. 17 yaşımdan ikinci liqada oynamışam. “Rizespor”a transfer olunandan sonra komandanın kapitanı seçilmişəm.
“Dörd böyük”lərdən “Trabzonspor” və “Beşiktaş”ın formasıni geyinmişəm. Bülənt hoca ilə (Bülənt Qorxmaz) “Kayseri Erciyyesspor” klubunda oynadığım zamanda tanış oldum. O mövsümün birinci dövrəsini mən “Ankaraspor”da idim. İkinci dövrədə Kayseri klubuna Bülənt Qorxmazın baş məşqçi təyin olunması mənim bu kluba keçidimin əsas səbəbi oldu. Komanda ikinci liqaya yuvarlansa da, liqanın ən az qol buraxan komandası olduq. Həmin mövsümdə Türkiyə kubokunun finalına qədər yüksəldik.
- Azərbaycana gəlişinizdə Bülənt Qorxmaz faktorunun rolu oldumu?
- Azərbaycan futbolunun son zamanlar sürətlə inkişaf etdiyini, milli komanda və klubların uğurlar qazandığını eşitmişəm. Bu barədə yaxın dostum Devran Ayxandan da məlumat almışam. Bütün bunlarla bərabər Azərbaycana gəlişimin əsas səbəbkarı Bülənt Qorxmazdır. Qorxmaz mənim necə futbolçu və insan olduğumu bilir.
- Azərbaycan futbolu barədə hansı bilgiləriniz var?
- Premyer Liqanın bir neçə oyununu izləmişəm. Türkiyə ilə müqaisədə burada taktiki və texniki planda xeyli fərqlər hiss etmişəm. Meydançaların vəziyyətinin o qədər də yaxşı olmaması sürətli futbol oynamağa imkan vermir. Azərbaycanda futbolçular daha çox fiziki cəhətdən güclü olurlar, atletik futbol nümayiş etdirirlər. Yəqin ki bu, meydan amili ilə də əlaqəlidir.
- Rəqabət sizi qorxutmur ki?
- Rəqabət olmayan yerdə hər hansı inkişafdan danışmaq yersizdir. Mən hər zaman rəqabətə hazır olmuşam. Burada ehtiyatda oturmağa gəlməmişəm. “Bakı”ya kömək etmək üçün var qüvvəmlə çalışacağam.

Mənbə: fcbaku.com  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı