Azərbaycan kubokunun sponsoru olmaq istəyən bank fikrindən daşındı

ÖLKƏ FUTBOLU 26 Dekabr 2009 / 18:08 2496
-  A +

Peşəkar Futbol Liqası (PFL) bir müddət əvvəl adı açıqlanmayan banklardan biri ilə Azərbaycan kubokuna sponsorluq etmək barədə danışıq aparsa da, qarşı tərəf bundan imtina edib. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində PFL-in prezidenti Ramin Musayev məlumat verib. Bunun səbəbini isə Musayev belə izah edib: “Tanınmış banklardan biri ilə danışıq aparırdıq. Lakin sonradan həmin bankın rəhbəri mənə zəng vuraraq, Premyer Liqaya sponsorluq edən Unibank barədə idman mətbuatında yazılan tənqidi yazıları oxuduğunu və eyni halla qarşılaşmamaq üçün sponsorluqdan imtina etdiyini bildirdi. Halbuki onlarla ilkin razılığa gəlmişdik. Onu da deyim ki, həmin bankın bizə təklif etdiyi məbləğ heç də Unibankın verdiyindən az deyildi”. PFL-in rəhbəri bildirib ki, buna baxmayaraq, onlar hazırda başqa bir şirkətlə kubok oyunlarına sponsorluq etməsi üçün danışıq aparırlar.

Daha çox


Son xəbərlər