“Bakı” “Beşiktaş” və “Trabzonspor”un sabiq üzvü ilə müqavilə imzaladı

“Bakı” “Beşiktaş” və “Trabzonspor”un sabiq üzvü ilə müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 26 Dekabr 2009 / 17:47 3386
-  A +

“Bakı” çempionatda fasilə yaranan kimi ilk transferini reallaşdırdı. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, çempionumuz türkiyəli Kürşat Duymuşla 1,5 illik müqavilə imzalayıb.
Kürşat Duymuş 1 fevral 1979-cu ildə Muşda anadan olub. Boyu 189 sm, çəkisi 87 kq-dır. Duymuş peşəkar futbolçu karyerası ərzində iki dəfə U-18, 18 dəfə U-21, 3 dəfə Türkiyə milli komandalarının formasını geyib.
Kürşat peşəkar futbolçu kimi ilk addımlarını 1998-ci ildə "Etimesgut Şekerspor" klubunda atıb. Növbəti illərdə "Çaykur Rizespor", "Trabzonspor", "Beşiktaş", "Ankaraspor", "Kayserispor" kimi klubların heyətində çıxış edib. Son klubu "Kartalspor" olub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı