Vaqif Sadıqov: “Simurq"a qarşı məğlubiyyət bizim üçün pis nəticə olardı"

XƏBƏR 26 Dekabr 2009 / 17:42 1815
-  A +

"Oyun gərgin keçdi. Qapılara qol vurulmasa da, baxımlı oyunun şahidi olduq”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Simurq”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarının bildirib: “Simurq"la oyuna ciddi hazırlaşmışdıq. Bu cür vacib oyunda məğlubiyyət bizim üçün pis nəticə olardı. Qış fasiləsindən istifadə edib heyəti gücləndirəcəyik və qarşıdakı turlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.


Son xəbərlər