Nazim Süleymanov “altılıq”dan danışdı

Nazim Süleymanov “altılıq”dan danışdı
XƏBƏR 26 Dekabr 2009 / 17:30 1728
-  A +

"Turan" bugünkü qarşılaşmada bir daha əzmkar komanda olduğunu sübut etdi”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Turan”la oyunsonrası mətbuat konfransında “Olimpik-Şüvəlan” baş məşqçisi Nazim Süleymanov deyib. Süleymanov qol vura bilməməklərindən şikayətlənib: “Meydana 3 xal üçün çıxmışdıq. Gözəl oyun alındı. Amma oyunun gözəlliyi qoldur. Təəssüf ki, hesabı aça bilmədik. Qalib gəlsəydik, ilk “altılıq” şanslarımızı yaxşılaşdırardıq. Bu gündən etibarən qış fasiləsinə gedirik. Transfer müddətində heyətimizi gücləndirib daha yaxşı oyun göstərəcəyik. "Turan"a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.


Son xəbərlər