Milli komandamızda “lipa” tapıldı

Milli komandamızda “lipa” tapıldı
ÖLKƏ FUTBOLU 26 Dekabr 2009 / 16:00 2326
-  A +

Azərbaycan milli komandasının heyətində “lipa” tapılıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 19 yaşadək qızlardan ibarət millimizin heyətində doğum tarixi yanlış göstərilən futbolçuların çıxış etməsini aşkarlanıb. Həmin futbolçular millimizin heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər və məlum olduğu kimi, U-19 (qızlar) AÇ-nin elit-raunduna vəsiqə qazanıb. 19 yaşadək qızlardan ibarət milli komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, AFFA FAIR PLAY (Ədalətli Oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb.
Məsələ ilə bağlı AFFA-nın daxili araşdırması davam edir və müvafiq qərar qəbul olunacaq.
Qeyd: Futbolçuların adları araşdırma davam etdiyi üçün açıqlanmır.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı