Vaqif Cavadovun “Tvente”yə keçidi reallaşır

Vaqif Cavadovun “Tvente”yə keçidi reallaşır
ÖLKƏ FUTBOLU 26 Dekabr 2009 / 15:24 2816
-  A +

“Biz Vaqif Cavadovla bağlı təkcə “Tvente” ilə deyil, Rusiyanın bir neçə klubuyla da danışıqlar aparırıq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. Klub rəsmisi gənc hücumçunun gələcək taleyinə bir neçə gündən sonra aydınlıq gələcəyini bildirib: “Tvente” ilə uzun müddətdir danışıqlar aparırıq. Eyni zamanda Rusiya klubları da hücumçumuzun xidmətində maraqlıdırlar. Lakin indidən qəti söz demək çətindir. Məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək”.
Qol.Az-ın əldə etdiyi məlumata görə isə, Cavadovun “Tvente”yə transferi 80 faiz həll olunub. Yanvarın ilk günlərində keçidin tam rəsmiləşəcəyi gözlənilir.   
 

Daha çox


Son xəbərlər