Millimiz İordaniyada təlim-məşq toplanışı keçirəcək

XƏBƏR 25 Dekabr 2009 / 13:18 1876
-  A +

Təqvimdə beynəlxalq yoldaşlıq oyunları üçün müəyyən edilmiş 2010-cu il martın 3-də millimizin keçirəcəyi yoldaşlıq oyununa hazırlıq məqsədilə komandamızın 2010-cu il fevralın sonunda təlim-məşq toplanışının təşkili nəzərdə tutulmuşdu. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, artıq toplanışın keçiriləcəyi yer müəyyənləşib. Fevralın 22-dən martın 1-dək millimiz İordaniyada təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesi çərçivəsində - fevralın 25-də millimizin İordaniya millisi ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı