“Spartak”ın futbolçuları “Birlik kuboku”nda

“Spartak”ın futbolçuları “Birlik kuboku”nda
XƏBƏR 25 Dekabr 2009 / 12:32 1803
-  A +

Moskva “Spartak”ının 3 futbolçusu - Vladislav Rıjkov, Maksim Qriqoryev və Dmitri Malyaka yanvarda keçiriləcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku” tunirində iştirak edəcəklər. Qol.Az-ın “Spartak”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, adıçəkilən oyunçular turnirdə müsabiqədənkənar iştirak edəcək Rusiyanın klub millisinin heyətinə dəvət alıblar. Hər 3 futbolçu yanvarın 19-da baş tutacaq qrup mərhələsinin oyunlarından sonra birbaşa Türkiyəyə, “Spartak”ın Antalyadakı təlim-məşq toplanışına yollanacaqlar.

 


Son xəbərlər