“Bakı”nın rəqibi itki ilə üzləşdi

XƏBƏR 25 Dekabr 2009 / 12:23 1869
-  A +

Yanvarda Moskvada keçirilərək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Qazaxıstan çempionu “Aktobe” futbolçularından birini itirib. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, “Aktobe”nin üzvü Marat Xayrullin bundan sonra karyerasını Nijeqorod “Volqa”sında davam etdirəcək. 25 yaşlı yarımmüdafiəçi artıq Rusiya təmsilçisiylə müqavilənin bütün şərtlərini razılaşdırıb.
Xatırladaq ki, Marat 2007-ci ildə “Aktobe”yə “Rubin”dən transfer olunub. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın