“Bakı” Jabayla bağlı araşdırmalara başlayır (EKSKLÜZİV)

“Bakı” Jabayla bağlı araşdırmalara başlayır (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 25 Dekabr 2009 / 11:52 2961
-  A +

“Bakı” klubu bir neçə gün əvvəl ailəsinin avtomobil qəzasına düşdüyünü bildirən və bu səbəbdən vətəninə yollanan braziliyalı hücumçu Jabayla bağlı araşdırmaya başlayacaq. Bu haqda Qol.Az-a eksklüziv açıqlamasında paytaxt klubunun prezidenti Hafiz Məmmədov məlumat verib: “Ailəsi avtomobil qəzasına düşdüyü üçün Jabanın vətəninə yollanmasına icazə verdik. Hər halda, bu cür o vəziyyətdə o meydanaça çıxsaydı belə, fikri Braziliyada qalacaqdı. Bu səbəbdən onu vətəninə yola saldıq. Amma braziliyalı futbolçular daim nizam-inztizamsızlıqları ilə seçiliblər. Ona görə də Jabanın məsələsini araşdıracağıq. Şəxsən mən inanmıram ki, o bizə bu cür yalan desin”.
“Əgər Jabanın yalan danışdığı üzə çıxsa, hansı addımı atacaqsınız?” sualını isə klub başçısı belə cavablandırıb: “Şübhəsiz, bu halda onu həddindən artıq böyük cərimə gözləyəcək”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı