Suat Usta: "Tək məqsədimiz qələbə qazanmaqdır"

Suat Usta: "Tək məqsədimiz qələbə qazanmaqdır"
XƏBƏR 25 Dekabr 2009 / 01:12 1855
-  A +

Şənbə günü Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq “Neftçi”nin futbolçuları klubun rəsmi saytına fikirlərini bildiriblər.

Elmar Baxşiyev: “Çox vacib oyundur. Azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar. Üç xal qazansaq “altılıq”dakı yerimizi möhkəmləndirəcəyik. Hər iki komanda iddialıdır”.

Suat Usta: “Tək məqsədimiz qələbə qazanmaqdır. Dünənki oyunların nəticələrindən sonra isə bizim qalib gəlməkdən başqa çarəmiz yoxdur. Keçmiş prezident Əkbər Hacıyevə təşəkkür etmək, yeni prezident Sadıq Sadıqova xoş gəldin demək və vitse-prezident Tahir Süleymanovun 45 illik yubileyinə 3 xalı hədiyyə etmək üçün qələbə qazanacağıq”.

Araz Abdullayev: “Yeni ilə xoş  əhval-ruhiyyədə girmək üçün mütləq qələbə qazanmalıyıq. Həm “altılığ”a düşmək baxımından, həm də “qızıl xallar” prinsipinə görə bizə üç xal lazımdır”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı