Rəşad Sadıqov: «Mənim «Kocaelispor»da oynamağımda Sadıq Sadıqovun xüsusi rolu olub»

Rəşad Sadıqov: «Mənim «Kocaelispor»da oynamağımda Sadıq Sadıqovun xüsusi rolu olub»
ÖLKƏ FUTBOLU 24 Dekabr 2009 / 20:30 2730
-  A +

Azərbaycan milli komandasının kapitanı və «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqov bu ilin əvvəlində Türkiyənin «Kocaelispor» klubuna keçidi zamanı «Neftçi»nin keçmiş rəhbərliyi tərəfindən ona yaradılan problemlərlə bağlı yeni açıqlama verib. Bu gün Qol.Az-ın müxbiri ilə söhbətində R.Sadıqov bildirib ki, Kocaelispor»a keçidində «Neftçi»nin yeni prezideni Sadıq Sadıqovun xüsusi rolu olub. «Bu faktı çox az adam bilir. Yadınızdadırsa, o zaman «Kocaelispor»a keçidimə görə «Neftçi» məndən yüksək kompensasiya istəyirdi. Həmin vaxt bu pulu ödəməyə gücüm yox idi. Türkiyədə isə transfer pəncərəsinin bağlanmasına bir gün qalmışdı. Elə bu vaxt mən Sadıq müəllimdən kömək istədim. O isə «Neftçi»nin o vaxtkı prezidenti Əkbər Hacıyevlə görüşərək problemi yoluna qoydu. Beləliklə, Sadıq müəllimin köməyi sayəsində, Türkiyədə transfer pəncərəsinin bağlanmasına bir gün qalmış mənim «Kocaelispor»a keçidim baş tutdu».
Sadıq Sadıqovla çoxdandır tanış olduğunu deyən Rəşad Sadıqov yeni prezidentin rəhbərliyi altında «Neftçi»nin əvvəlki şöhrətini qaytaracağına inandığını bildirib.
Qol.Az-ın «Sadıq Sadıqovun sənə çox yaxşılıq etdiyini dedin. Bu mənada, «Neftçi»dən təklif gəlsə, yenidən köhnə komandana qayıdarsanmı» sualına R.Sadıqovun cavabı belə olub: «Unutmayın ki, «Qarabağ» komandası da mənə çox yaxşılıq edib. Sadıq müəllimlə şəxsi münasibətlərimiz həmişə yaxşı olub. Amma mən müqaviləylə «Qarabağ»a məxsusam. Burada oynamaq mənə  çox xoşdur. Bu mənada, başqa komandaya keçmək barədə fikirləşmirəm».

 

Daha çox


Son xəbərlər