Ramiz Məmmədov heyətdəki itkilərdən şikayətləndi

Ramiz Məmmədov heyətdəki itkilərdən şikayətləndi
XƏBƏR 24 Dekabr 2009 / 16:45 1626
-  A +

“Heyətimizlə bağlı problemlər olduğundan, əvəzedici komandadan bir neçə futbolçunu əsas komandanın heyətinə daxil etmişdik. 3 futbolçumuz cəzalı olduğundan bu qarşılaşmada oynaya bilmədi. Bundan əlavə bir neçə futbolçumuz da oyun öncəsi xəstələndiyindən komandaya kömək edə bilmədilər”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “İnter”lə oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. R.Məmmədov bildirib ki, komandasının bir neçə dəfə fərqlənmək imkanı olsa da, qol epizodlarından istifadə edə bilməyiblər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın