Yunis Hüseynov: “Karvan” Premyer Liqanı tərk etməyəcək”

Yunis Hüseynov: “Karvan” Premyer Liqanı tərk etməyəcək”
XƏBƏR 24 Dekabr 2009 / 16:23 1915
-  A +

“Vəziyyətimiz elədi ki, bu gün bura 1 xal yox, yalnız qələbə üçün gəlmişdik. Amma heç 1 xalı da qazana bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Standard”la oyunsonrası mətbuat konfransında “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Hüseynov qışda komandasında böyük dəyişikliklərin olacağını bildirib: “Heç nədən, öz səhvimizdən qol buraxdıq. Hesabı bərabərləşdirmək üçün xeyli şansımız da oldu. Lakin bunlardan yararlana bilmədik. Fasilədə böyük dəyişiklilər olacaq. Yeni komanda qururuq, fasilədən sonra daha yaxşı çıxış edəcəyik. İnanıram ki, “Karvan” Premyer Liqanı tərk etməyəcək”.


Son xəbərlər