Böyükağa Hacıyev 3 il əvvəli necə xatırladı?

Böyükağa Hacıyev 3 il əvvəli necə xatırladı?
XƏBƏR 24 Dekabr 2009 / 16:18 1852
-  A +

“3 il əvvəl mənim rəhbərlik etdiyim “Bakı”, Yunis Hüseynovun çalışdırdığı “Karvan”la çempionluq uğrunda amansız mübarizə aparırdı. Amma qismətə bax ki, bugünkü gündə hər ikimiz Premyer Liqada qalmaq uğrunda yarışırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Standard”ın baş məşqçisi Böyükağa Hacıyev deyib. Təcrübəli mütəxəssis komandasının bugünkü oyunundan razı qaldığını bildirib: “Bu gün uşaqlar yaxşı oynadılar. Qəbələ qazanıb, sonuncu pillədən qurtulduğumuza görə sevinirəm. Artıq çempionatda bizim üçün fasilə yarandı. Qış dövründə komandamızda böyük dəyişikliklər olacaq”. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord