“Bakı” ilk oyununu Tacikistan çempionuna qarşı keçirəcək

ÖLKƏ FUTBOLU 24 Dekabr 2009 / 15:12 2033
-  A +

XVIII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirinin təqvimi məlum olub. Qol.Az-ın məlumatına görə, Moksvada ölkəmizi təmsil edəcək “Bakı” ilk görüşünü yanvarın 16-da Tacikistan çempionu “Vaxş”a qarşı keçirəcək. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq qarşılaşma “Dinamo” manejində bş tutacaq.
Yanvarın 17-də çempionumuz Finlandiyanın “HİK”, 19-da isə Qazaxıstanın “Aktobe” klubu ilə görüşəcək. Bu qarşılaşmalar da Bakı vaxtıyla saat 14:00-da başlanacaq. İlk oyundan fərqli olaraq çempionumuz sonrakı qarşılaşmaları “Olimpiyski”də keçirəcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı