İlin son oyunlarında qol vurulmadı

PREMYER LİQA 26 Dekabr 2009 / 16:52 6577
-  A +

Bu gün keçirilən iki oyunla Unibank Premyer Liqada 2009-cu ilə yekun vurulurdu. Qol.Az saytı saat 14:00-dan etibarən 2009-cu ilin son iki oyunundan canlı-mətn reportaj yayımladı.

26 dekabr (şənbə)

"Simurq" - "Neftçi" 0:0
Zaqatala şəhər stadionu
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Orucəli Durmuşov

Oyun başa çatdı.  

87. Solonitsinin zərbəsini Qribauskas tutdu.

85. "Simurq"da Kaxaber Çxetianini Roman Axalkatsi əvəzlədi.  

80. "Neftçi"də daha bir dəyişiklik. Nazar Bayramovun əvəzinə oyuna Elmar Baxşıyev daxil olur

79. "Neftçi"dən Ruslan Əmircanov səhvə yol verdi, lakin qapı dirəyi "Simurq"un sevinməsinə mane oldu.

77. "Neftçi"də Valentin Atemi Rəşad Abdullayev əvəzləyir.

69. "Neftçi" son dəqiqələrdə təşəbbüsü ələ aləb.

66. "Simurq"un qapıçısı keçilməzdir. Postranski bu dəfə də Suat Ustanın sevinməsniə mane oldu.

65. Aliutanın zərbəsini "Simurq"un qolkiperi dəf etdi.

59. Bu dəfə də "Simurq"dan Yuri Bulıçev sarı vərəqəylə cəzalandı.

58. "Neftçi"dən Taavi Rahn sarı vərəqəylə cəzalandı.

51. "Simurq"un hücumu təhlükəli alına bilərdi. Lakin Solonitsin topa çatmadı.

49. Artyuxun başla zərbəsi qeyri-dəqiq alındı.

47. Malıgin sarı vərəqəylə cəzalandı.

İkinci hissə başladı.  

Birinci hissə başa çatdı.

42. Suat Usta qapıya qüvvətli zərbə endirsə də, Postranski yerindədir.  

37. Qonqadzenin zərbəsi qeyri-dəqiq alındı.

32. "Simurq" hesabı açmağa çox yaxın idi. Lakin Tural Cəlilovun zərbəsi qapıdan azca aralı keçdi.

29. "Simurq"dan Kaxaber Çxetiani sarı vərəqəylə cəzalandı.

24. Aliutanın zərbəsini Postranski tutdu.

16. Kruqlovun uzaqdan zərbəsini Postranski küncə çıxardı.

8. Qunçakın 30 metrdən yerinə yetirdiyi cərimə zərbəsi qüvvətli alındı. Lakin Qribauskas yerindədir.

2. Nyaqanın zərbəsi təhlükəli alınmadı. Top "Simurq"un qapıçısında qaldı.

Oyun başladı.

 

"Turan" - "Olimpik-Şüvəlan" 0:0 
Tovuz şəhər stadionu
Hakimlər: Hacıəli Ağayev, Azər Əsgərov, Vaqif Ayvazov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rüfət Hüseynov

Oyun başa çatdı.  

88. Son dəqiqələrdə üstünlük qonaqların tərəfindədir.

81. "Olimpik-Şüvəlan"dan Viktor İbekoyi növbəti dəfə şansını qaçırdı.

73. Samir Musayev bu dəfə də qeyri-dəqiqliklə yadda qaldı.  

64. "Turan"ın hücumçusu Samir Musayev şansını boşa verdi.

58. İkinci hissə də birincidən heç nəylə fərqıənmir. Qarşılaşma çox sönük keçir.  

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

38. "Olimpik-Şüvəlan"ın hücumu qapıya zərbəylə tamamlandı. Lakin İbekoyinin istəyinə çatmasına qeyri-dəqiqlik mane oldu.

23. Oyun eyni ssenari ilə davam edir. Komandalar əsasən top itkiləriylə yadad qalırlar.

10. İlk dəqiqələrdən mübarizə əsasən meydanın mərkəzində keçir. Qapılar qarşısında təhlükəli epizod yaranmayıb.

Oyun başladı.

 

24 dekabr (cümə axşamı)

Qarabağ" - "Bakı" 0:0
Ağdam rayon, Quzanlı qəsəbə stadionu
Hakimlər: Rasim Məmmədov, Vaqif Musayev, Ramiz Əsədov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov

Oyun başa çatdı.  

90+1. "Bakı"da sonuncu əvəzetmə. Aleksandr Soliçi daha bir 17 yaşlı futbolçu Hacı Əhmədov əvəzlədi. Bununla da gənc futbolçu "Bakı"nın heyətində rəsmi debüt etdi.  

87. "Bakı"da Əhməd Ticanini 17 yaşlı Rəhman Hacıyev əvəzlədi.

83. Rəşad Sadiqovun zərbəsini Şarliya tutdu.

82. "Qarabağ"ın heyətində eyni anda iki əvəzetmə baş verdi. Aslan Kərimovu Namiq Yusifov əvəzlədi, Vüqar Nadirovun əvəzinə isə meydana Rauf Əliyev daxil oldu.

79. Vaqif Cavadovun zərbəsi qapının üstündən keçdi.

76. Ramimin zərbəsi qeyri-dəqiq alındı.

74. "Bakı"da ilk oyunçu dəyişikliyi. Georgi Adamiyanı Aleksandr Tamaş əvəzlədi.

69. Rəşad Sadıqov cərimə zərbəsindən qapıya qüvvətli zərbə endirsə də, top "canlı sədd"dən geri döndü.

62. Oyun qarşılıqlı hücumlar şəraitində keçir.

57. Rəşad Sadiqov Bəxtiyar Soltanova qarşı kobud oynadığına görə sarı vərəqəylə cəzalandı.

51. Əfran İsmayılov cərimə meydançasına təhlükəli ötürmə versə də, Şarliya çıxışda səhvsiz oynadı.

48. Vadim Boretsin zərbəsi qapının yanından keçdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

45. Elvin Məmmədovun zərbəsinin Şarliya tutdu.

38. "Qarabağ"dan Maksim Medvedyev sarı vərəqəylə cəzalandı.

37. Bu dəfə də Vaqif Cavadov real şansı boşa verdi.

36. Rəşad Sadiqov qapıya gözəl zərbə endirsə də, Mrko Şarliya qola imkan vermədi.

27. "Bakı" hesabı açmağa çox yaxın idi. Lakin qapı dirəyi Soliçin cərimə zərbəsinin qarşısını aldı.

23. Vüqar Nadirov sarı vərəqəylə cəzalandı.

21. Əfran İsmayılov hesabı aça bilərdi. Lakin müdafiəçilər onun qarşısını kəsdilər.

20. Ticaninin zərbəsi qapıdan aralı keçdi.

19. "Qarabağ" hesabı açmağa çox yaxın idi. Lakin Əfran İsmayılovun təhlükəli ötürməsinə toxunan olmadı.

14. Fabio Luis Ramimin zərbəsi alınmadı.

10. Stevan Bates sarı vərəqəylə cəzalandı.

9. Elnur Allahverdiyevin zərbəsi qapının yanından keçdi.

5. Boretsin təhlükəli zərbəsi qapıdan aralı keçdi.

Oyun başladı.

 


"Standard" - "Karvan" 1:0 
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Azad Ə.Hüseynov, Zahid Həşimov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Hakim-inspektor: Asim Xudiyev

Oyun başa çatdı.

89. "Karvan"dan Aleksandr İnstkerveli sarı vərəqəylə cəzalandı.

81. Fərid Quliyevin zərbəsini qapıçı qaytardı.

70. "Standard"da Zeynal Zeynalovu Aqil Məmmədov əvəzlədi.  

69. Fərid Quliyev yenə fərqləndi. Lakin bu dəfə sarı vərəqəylə.

63. "Karvan"dan ardıcıl iki futbolçu - əvvəlcə Cavid İmamverdiyev, daha sonra isə Mixael Mesxi sarı vərəqəylə cəzalandı.

60. Uqo Maçado simulyasiyaya əl atdığına görə sarı vərəqəylə cəzalandı.

57. Bu dəfə də Murad Ağakişiyev qeyri-dəqiq oynadı.

52. "Karvan" növbəti dəfə şansını boşa verdi. Bu dəfə də Markos Fereyra qeyri-dəqiqliklə yadda qaldı. 

49. "Standard"dan Natiq Ələkbərov sarı vərəqəylə cəzalandı.

İkinci hissə başladı.  

Birinci hissə başa çatdı.  

38. Bu dəfə də "Standard"dan Murad Ağakişiyev şansını boşa verdi.

35. Fərid dubla imza ata bilərdi. Lakin zərbəsi qapının yanından keçdi.

32. Yakuba Bamba qapıçıyla təkbətək qalsa da, Anar Nəzirov komandasının qoldan xilas etdi.  

30. "Standard"dan Ramal Hüseynov sarı vərəqəylə cəzalandı.

15. "Karvan" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Yakuba Bamba 100 faizlik şansdan yararlana bilmədi.

10. QOLLL. "Standard" hesabı açdı. Murad Ağakişiyevin zərbəsi qapı dirəyindən dönsə də, Fərid Quliyev topu qapıdan keçirməyə müvəffəq oldu.

Oyun başladı.

 

"Muğan" - "Xəzər Lənkəran" 1:2 
Salyan Olimpiya Kompleksinin stadionu
Hakimlər: Əmrah İbrahimov, Elman Musayev, İsgəndər Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Füzuli Cavadov
Hakim-inspektor: Akif Məmmədov

Oyun başa çatdı.

85. "Muğan" meydanda azlıqda qaldı. Vüsal Hüseynov meydandan qovuldu.

80. QOL. "Muğan" hesab arasındakı fərqi azaltdı.

70. Qoldan sonra da üstünlük "Xəzər Lənkəran"ın tərəfindədir.

59. QOL. "Xəzər Lənkəran" ikinci qolu rəqib qapısından keçirdi. İvan Svetkov fərqləndi.

52. "Muğan" hesabı bərabərləşdirə bilərdi. Lakin cinah ötürməsinə toxunan olmadı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.   

34. QOL. "Xəzər Lənkəran" hesabı açdı. Mario Souza fərqləndi.

28. Rahid Əmirquliyevin zərbəsini "Muğan"ın qapıçısı zərərsizləşdirdi.

19. Mario Souza hesabı aça bilərdi. Lakin "Muğan"ın qapıçısı səhvsiz oynadı.

10. Oyunun ilk dəqiqələr əsasən meydanın mərkəzində keçir.

Oyun başladı.

 

"Qəbələ" - "İnter" 0:1 
Qəbələ şəhər stadionu, süni meydança
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, Aydın Ələkbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov

Oyun başa çatdı.

90. QOL. "İnter" hesabı açdı. Petar Zlatinov fərqləndi.

86. Roşanın zərbəsi təhlükəli alındı.

79. "İnter" oyunda ən real qol şansını boşa verdi. Rubins boş qapıya dəqiq zərbə endirə bilmədi.

74. Melnik şansını boşa verdi.

68. Qapılar qarşısında təhlükəli epizod yoxdur.

54. Fasilədən sonra mübarizə əsasən meydanın mərkəzində keçir.

İkinci hissə başladı.  

Birinci hissə başa çatdı.  

37. Oyun qarşılıqlı hücumlar şəraitində keçir.

29. Roşanın zərbəsi dəqiq alınmadı.

20. Son dəqiqələrdə meydan sahibləri üstünlüyü ələ keçiriblər. Lakin rəqib qapısı qarşısında təhlükə yaratmaq hələ mümkün olmayıb.

9. Oyuna "İnter" fəal başlayıb. "Bankirlər" hesabı aça bilərdilər. Lakin "Qəbələ"nin qapıçısı qol aimkan vermədi.

Oyun başladı.

 

 

TURNİR CƏDVƏLİ

1

"İnter"

17

11

3

3

30-16

36

2

"Qarabağ"

17

10

5

2

16-8

35

3

"Xəzər Lənkəran"

17

10

5

2

24-10

35

4

"Neftçi"

17

8

5

4

18-12

29

5

"Bakı"

17

8

4

5

16-14

28

6

"Simurq"

17

7

7

3

18-13

28

7

"Qəbələ"

17

7

5

5

19-18

26

8

"Olimpik-Şüvəlan"

17

4

6

7

16-18

18

9

"Muğan"

17

3

5

9

12-24

14

10

"Turan"

17

3

4

10

19-26

13

11

"Standard"

17

2

3

12

14-28

9

12

"Karvan"

17

1

4

12

11-26

7

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı