"Bakı"nın "Birlik Kuboku"ndakı rəqibləri bəlli oldu

"Bakı"nın "Birlik Kuboku"ndakı rəqibləri bəlli oldu
ÖLKƏ FUTBOLU 23 Dekabr 2009 / 17:23 2469
-  A +

“Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində rəqibləri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, son Azərbaycan çempionu Finlandiyanın HİK, Qazaxıstanın “Aktobe” və Tacikistanın “Vaxş” klubları ilə birgə B qrupunda yer alıb.  Oyunlar yanvarın 16-dan 24-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

A qrupu: "Dnepr" (Belarus), "Dordoy-Dinamo" (Qırğızıstan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya).

B qrupu: "Bakı" (Azərbaycan), HİK (Finlandiya), "Aktobe" (Qazaxıstan), "Vaxş" (Tacikistan)."

C qrupu: "Dinamo" (Ukrayna), MTTU (Turkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması

D qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan).

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı