Cavid Hüseynov: “Sxadadze məni Qəbələyə aparmadı”

Cavid Hüseynov: “Sxadadze məni Qəbələyə aparmadı”
MÜSAHİBƏ 23 Dekabr 2009 / 16:46 3284
-  A +

"İnter"ın yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi

- Cavid, hərbi xidmətdən qayıtdıqdan sonra hazırlıqlar necə gedir?
- Şükür, pis deyil. Məşqlərimi davam etdirirəm. Komanda artıq bu gün Qəbələyə yola düşdü.
- Sən komandayla getmədin?
- Yox. Tam hazır olmadığıma görə baş məşqçi məni aparmadı. Halbuki “Qəbələ”yə qarşı matçda forma geyinmək istəyirdim. Özümü bu matça hazır sayırdım. Sxadadze həmişə mənə güvənib. Özü həmişə mənə deyir ki, istəyirəm, sağ cinahda sən oynayasan. Mənim yoxluğumda baş məşqçi gürcüstanlı Odikadze, yaxud Qutyerezə şans verir. Amma inanıram ki, qış fasiləsindən sonra artıq mütəmadi olaraq heyətdə özümə yer tapacam.
- Komandanın son çıxışlarını yəqin ki, izləmisən. “İnter” necə təsir bağışlayır?
- “İnter” həmişə olduğu kimi, çempionluq uğrunda mübarizə aparan komandadır. Təbii ki, komanda hər zaman yaxşı çıxış etməyə bilər. Hər bir klubda bəzən müəyyən çətinliklər olur.
- Sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Qəbələ”ylə qarşılaşırsınız...
- İnşallah, Qəbələdə qələbə qazanacağımıza inanıram. Uşaqlara uğurlar arzulayıram.
- Nəzərə al ki, “Qəbələ” öz meydanında çox güclü oynayır...
- Mən “Qəbələ”ni həmişə tərifləmişəm. Bu komanda haqqında xoş sözlər demək istəyirəm. Qəbələdən asan xal qazanmaq qeyri-mümkündür. Nəticə qazanmaq üçün artıqlamasıyla əziyyət çəkib, tər-tökmək lazımdır.
- Səncə, hazırkı çempionatımızı keçən illərlə müqayisə edəndə bir dəyişiklik hiss olunur?
-Əlbəttə. Bunu nəyinsə xatirinə demirəm, amma həqiqətən inkişaf var. “Altılıq” sistemi barəsində isə geniş fikir bildirmək istəmirəm. Çünki mən mütəxəssis yox, futbolçuyam. Hər halda oyunların daha maraqlı keçdiyini söyləmək lazımdır. 
- Hazırda “altılıq” uğrunda əsasən 7 komanda mübarizə aparır. Necə fikirləşirsən, hansı komanda “altılıq”dan kənarda qalacaq? 
- Vallah, bu barədə fikir bildirmək çətindir. Amma bayaq da qeyd etdiyim kimi, “Qəbələ”nin bu cür gözəl oyunla “altılıq”dan kənarda qalmasını istəməzdim. 
-Bəs, hansı komandanı indidən 100 faiz “altılıq”da hesab etmək olar?
-“İnter”, “Qarabağ” və “Xəzər Lənkəran”ı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord