“Bakı” Quzanlıya getməkdən imtina etdi

XƏBƏR 23 Dekabr 2009 / 15:33 1982
-  A +

Sabah Premyer Liqanın növbəti turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq Bakı dünən günorta saatlarında səfərə yollanıb. Qol.Az-ın məlumatına görə, paytaxt klubu Mingəçevirdə məskunlaşıb. Bu gün isə komanda oyunqabağı son məşqini keçib. “Bakı”nın icraçı direktoru Yaşar Seyidovun verdiyi məlumata görə, komanda üzvləri Mingəçevirdəki Yaşar Məmmədzadə adına şəhər stadionunda məşq ediblər: “Yol yorğunluğunu nəzərə alaraq son məşqi Quzanlıda deyil, məhz Mingəçevirdə keçməyi daha məqsədəuyğun hesab etdik. Komandamızın heyətində heç bir problem yoxdur. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Sabah Mingəçeviri tərk edərək, Quzanlıya yola düşəcəyik”.  


 


Son xəbərlər