Sadıq Sadıqov “Neftçi”nin prezidenti oldu

Sadıq Sadıqov “Neftçi”nin prezidenti oldu
XƏBƏR 23 Dekabr 2009 / 14:25 2589
-  A +

“Neftçi” klubunda prezident dəyişikliyi baş verib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, sabiq prezident Əkbər Hacıyev Azəriqaz İstehsalat Birliyinin baş direktoru vəzifəsinə keçdikdən sonra işlərinin çox olması ilə əlaqədar klubdan getməsi ilə bağlı istefa ərizəsi ilə müraciət edib. Onu bu postda “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov “Neftçi” əvəzləyib.
Bu gün klubun bazasında Əkbər Hacıyev və Sadıq Sadıqovun komanda ilə görüşü olub və klubun yeni prezidenti komandaya təqdim olunub. Səmimi keçən iclasda Əkbər Hacıyev çıxış edərək klubdan getməsinin səbəblərini açıqlayıb və bundan sonra da komandanın yanında olacağını bildirib: “İşlərimin çox olması ilə bağlı seçim qarşısında qaldığımdan və Azəriqaz İstehsalat Birliyində yeni lahiyələrin həyata keçirilməsi üçün dövlət tapşırığının yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq “Neftçi” klubunun prezidenti vəzifəsindən istefa verməyi qərara aldım. Buna baxmayaraq, komandaya bundan sonra da dəstək olacaq və sizin hər bir uğurunuzu öz uğurum hesab edəcəm”.
Klubun yeni prezidenti Sadıq Sadıqov çıxış edərək, nəinki futbolçulara, bütün idmançılara son dərəcə hörmət etdiyini dedi və “Neftçi”də möhkəm və səmimi kollektivin yaradılmasını arzulayaraq bildirib: “Neftçi”nin prezidenti olmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Bu vəzifədə əlimdən gələni edəcəm ki, klubun heç bir problemi olmasın və bu münasibətin də qarşılığı bizim bir ailə kimi birləşib uğurlu nəticələr əldə etməyim olmalıdır”.
Klubun vitse-prezidenti Tahir Süleymanov məşqçi heyəti, futbolçular və bütün kollektiv adından Əkbər Hacıyevə “Neftçi” klubuna rəhbərlik etdiyi dönəmdə komanda üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Vitse-prezident Tahir Süleymanov məşqçilər və futbolçular adından fikrini bildirib, Sadıq Sadıqovun yeni təyinatı münasibətilə təbrik edib və onun rəhbərliyi dönəmində “Neftçi”nin böyük uğurlar qazanacağına inandığını deyib.
Komanda ilə birlikdə səmimi söhbətdən sonra xatirə şəkilləri çəkdirilib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı