Erməni futbolçu saxtakarlıqda ittiham olunur

XƏBƏR 23 Dekabr 2009 / 13:59 2160
-  A +

Hazırda Kamerunda çalışan fransız mütəxəssis Nikolya Filiber Fransanın “PSJ” klubunun qapıçısı Apula Eedel Beteni adını, soyadını və hətta təvəllüdünü də dəyişməkdə ittiham edib. Qol.Az-ın “LEquipe”yə istinadən verdiyi məlumata görə, Filibber “PSJ”nin qapıçısının əslən erməni olduğunu açıqlayıb: “O əvvəllər “Pünik”də, Amdruaz Beyamen adı altında çıxış edirdi. 2000-ci ildə onun 19 yaşı var idi. Deməli indi o, 28 yaşında olmalıdır. Lakin onun hazırkı sənədlərində doğum tarixi kimi 17 iyun 1986-cı il göstərilib”. 
Filiberin sözlərinə görə, futbolçu ondan 30 min avro alsa da, geri qaytarmayıb. Bu işdə vasitəçi rolunda fransız məşqçinin dostu Mişel İdalqo çıxış edib. Sonuncu hətta bu haqda məlumatı “Sent-Etyen” klubunun rəsmilərinə də çatdırıb. Onlar ötən həftə sonu Fransa çempionatının növbəti turunda “PSJ”ə qarşı keçirilən oyundan sonra bu məsələylə bağlı Fransa Futbol Liqasına şikayət etmək fikrinə düşüb.
Dünən məsələylə bağlı mətbuat konfransı keçirən “PSJ”nin prezidenti Eroben Leyru 0:3 hesabı ilə uduzan “Sent-Etyen”in hərəkətindən narazı qaldığını açıqlayıb. Komandasının üzvünün “təmiz” olduğunu bildirən Leyru lazım gəlsə, məhkəmədə belə futbolçuya dəstək olacağını bildirib. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın