“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynaya bilər

“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynaya bilər
ÖLKƏ FUTBOLU 23 Dekabr 2009 / 12:28 2588
-  A +

Türkiyənin “Beşiktaş” klubunun üzvü Ərhan Güvən "Bakı"da oynaya bilər. Qol.Az-ın Türkiyənin “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, çempionumuz artıq futbolçuya rəsmi təklif göndərib. Mövsümün əvvəlində “Ankaraspor”dan “Beşiktaş”a transfer olunan Ərhan ilk 4 matçda forma geysə də, sonradan Mustafa Dənizli uzun müddət ona şans verməyib. Ərhan Güvən sonuncu dəfə “Beşiktaş”ın heyətində səfərdə “Mançester Yunayted”ə qarşı keçirilən görüşdə meydana çıxıb. 
“Bakı”nın təklifi həm “Beşiktaş”ın, həm də futbolçunun ürəyincədir. Bu səbəbdən də transferin qışda baş tutacağı gözlənilir.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord