Hafiz Məmmədov: “Mahmud Qurbanovla ömürlük müqavilə imzalamışıq”

Hafiz Məmmədov: “Mahmud Qurbanovla ömürlük müqavilə imzalamışıq”
XƏBƏR 23 Dekabr 2009 / 11:46 2326
-  A +

“Bakı”dakı futbolçuların orta yaş həddi yüksəkdir. Bu səbəbdən də qış fasiləsində komandanın orta yaş həddini də aşağı salmağı planlaşdırırıq. Bəzi veteren futbolçuların heyəti tərk etməsi mümkündür. Amma indidən ad açıqlamaq istəməzdim”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən jurnalistlərlə görüşündə “Bakı”nın prezidenti Hafiz Məmmədov deyib. Lakin klub rəhbəri bildirib ki, dedikləri komandanın yalnız bir üzvü üçün istisna təşkil edir: “Yalnız Mahmud Qurbanovun komandada qalacağını dəqiq söyləyə bilərəm. Mənim ona çox böyük hörmətim var. İstər futbolçu, istərsə də, insan kimi. Mahmud Azərbaycan futbolunun canlı əfsanəsidir. O hətta karyerasını bitirdikdən sonra belə, “Bakı”da qalıb, məşqçi kimi işləyəcək. Elə bugünkü gündə də Qurbanov qeyri-rəsmi şəkildə komandamızın oynayan-məşqçisidir. Biz onunla ömürlük müqavilə imzalamışıq”.
Sonda Hafiz Məmmədov Mahmud Qurbanovla bağlı daha bir təşəbbüs irəli sürdü: “Biz gələcəkdə “Mahmud Qurbanov klubu” yarada bilərik. Bildiyiniz kimi, Qurbanov ölkə çempionluğuna görə Azərbaycanda rekordçudur. Bu səbəbdən Rusiyada mövcud olan “Fedotov klubu”na oxşar bir klub yaratmaq haqda düşünürük. Həmin kluba ən çox Azərbaycan çempionu olan futbolçularına adları daxil ediləcək”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı