Vaqif Cavadov “Bakı” ilə danışıqlar aparması barədə açıqlama verdi

XƏBƏR 23 Dekabr 2009 / 11:32 2096
-  A +

Millimizin və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov “Bakı” ilə danışıqlar aparması barədə açıqlama verib. Qol.Az-ın müxbirilə söhbətində Cavadov bildirib ki, danışıqlar bir müddət əvvələdək davam edib: “Mənim Hafiz müəllimə böyük hörmətim var. Bu yaxınlaradək danışıqlarımız davam edirdi. Lakin “Qarabağ”la müqaviləmin olması keçidin baş tutmasına mane oldu”.
“Bakı”da çıxış etmək istərdinmi” sualına isə Vaqif birmənalı şəkildə cavab verməyib: “Mənim “Qarabağ”la müqaviləm var. Mən bu kluba məxsusam. Buradakı şərait məni qane edir”.
   


Son xəbərlər