Ramiz Məmmədov: «Mən niyə onlar haqda hesabat verməliyəm?»

Ramiz Məmmədov: «Mən niyə onlar haqda hesabat verməliyəm?»
PREMYER LİQA 22 Dekabr 2009 / 15:37 3084
-  A +

«Qəbələ» klubunun baş məşqçisi Ramiz Məmmədov komandasının «Xəzər Lənkəran»a məğlubiyyətinə şərh vermək istəmir. «Mən oyundan sonra da bu haqda heç nə demədim, indi də danışmaq istəmirəm. Həmin oyuna görə futbolçularımın hamısını bağrıma basıb öpürəm. Hakimlik haqda da fikir bildirməyi artıq sayıram. Qısaca olaraq onu deyim ki, «Xəzər Lənkəran»la oyunda qələbəyə də layiq idik, heç-heçəyə də» - deyə Ramiz Məmmədov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib.
O, məğlubiyyəti unutduqlarını və bütün fikirlərini «İnter»lə oyuna yönəltdiklərini vurğulayıb. Ramiz Məmmədov komandasında bir neçə zədəli və cəzalı oyunçu olduğunu deyib: «Yaşar Abuzərov və Milan Antiç cəzalıdır. Zədəli futbolçularımız haqda isə məlumat vermək istəmirəm. Ümumiyyətlə, mən onlar haqda niyə hesabat verməliyəm? Biz peşəkar insanlarıq və vacib oyunöncəsi hansısa problemlər haqda rəqibi məlumatlandırmamalıyıq».
Xatırladaq ki, dekabrın 24-də «Qəbələ» öz meydanında «İnter»i qəbul edəcək. Bu oyunda qələbə qazanacağı təqdirdə «Qəbələ» «Neftçi» - «Simurq» oyununun hansı hesabla yekunlaşacağından asılı olmayaraq, «altılığa» qayıdacaq.


Son xəbərlər