Türkiyə klubunun prezidenti “Bakı”ya həsəd aparır

Türkiyə klubunun prezidenti “Bakı”ya həsəd aparır
XƏBƏR 22 Dekabr 2009 / 14:18 2258
-  A +

Sonuncu Azərbaycan çempionu “Bakı” Türkiyənin “Bostanlıspor” klubu ilə “qardaşlaşıb”. Bu haqda Qol.Az-a Türkiyə klubunun prezidenti Avni Erboy məlumat verib. Ölkəmizdə olduğu müddətdə “Bakı”nın baş meneceri Zeynal Məmmədovla görüşdüyünü bildirən Erboy “Bakı”da futbolun inkişafı üçün görülən addımları xeyli bəyəndiyini bildirib: “Bakıda olduğum müddətdə “İnter”lə qarşılaşmanı izlədim. Eyni zamanda “Bakı” klubunun yeni inşa olunan bazasıyla yaxından tanış oldum. Tam səmimi deyirəm, “Bakı”nın bazasına çox heyran oldum. Kaş ki, başda “Karşıyaka” olmaqla bizim bəzi klublarımızın da bu cür şəraiti olardı”.
Avni Erboy gələcəkdə “Bakı” ilə oyunçu alış-verişi edəcəklərini də bildirib: “Bakıda gördüyüm dostluq münasibətlərini həqiqətən də çox bəyəndim. Zeynal Məmmədov və komandasına mənə göstərdikləri diqqətə görə təşəkkür edirəm. Bir millət, 2 dövlət olan Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmlənməsi üçün əllərindən gələni edirlər. “Bakı” klubu Azərbaycanda gənc oyunçuların yetişməsi üçün böyük vəsait xərcləyir. Buna görə də klubun başçısı Hafiz Məmmədova təşəkkür etmək istəyirəm. Hafiz Məmmədov Azərbaycanın ən hörmətli iş adamlarından biridir. Çox gərgin qrafikdə çalışmasına baxmayaraq, komandasına, əsasən də aşağı yaş qrupu üzrə heyətlərə çox böyük diqqət ayırır. Gələcəkdə “Bakı” klubu ilə işbirliyimiz olacaq. Bizim futbolçular Bakıda, onların üzvləri isə bizim düşərgədə təcrübə keçəcəklər”. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki