«Turan»ın baş məşqçisi AFFA-nın cəzasını ağır hesab edir: «Günah məndə yox, Sxadadzedədir»

«Turan»ın baş məşqçisi AFFA-nın cəzasını ağır hesab edir: «Günah məndə yox, Sxadadzedədir»
XƏBƏR 22 Dekabr 2009 / 14:03 2007
-  A +

«Turan» klubunun baş məşqçisi Nizami Sadıqov «İnter»in baş məşqçisi Kaxaber Sxadadze ilə aralarındakı insident səbəbindən AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərara münasibət bildirib. Dörd oyunluq və dörd min manatlıq cəzanın onun və komandası üçün ağır olduğunu deyən N.Sadıqov qərarı başa düşmədiyini vurğulayıb: «Mənim günahım yoxdur. Sxadazenin etdiyi hərəkətə görə mən cavabdeh deyiləm».
N.Sadıqov bildirib ki, oyununun axır dəqiqələrində «İnter» qol vurandan sonra
Sxadadze ona qarşı təhqiramiz jestlər edib. «Mən tərəfdən Sxadadzeyə heç bir artıq hərəkət olmayıb. Qol vurduqdan sonra aqressiv şəkildə bizim oturduğumuz skamyaya yaxınlaşdı, jestlər etdi. Mən də cavab verdim ki, ayıbdır, məşqçisən, belə hərəkətlər sənə yaraşmaz. Bundan sonra hakim hər ikimizə qırmızı vərəqə göstərdi».
Xatırladaq ki, AFFA İntizam Komitəsinin bugünkü qərarına əsasən, bir-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün Nizami Sadıqov və Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb, klublar isə 4000 manat cərimə olunub. Hər iki məşqçiyə verilmiş cəzanın yarısı (2 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni məşqçilər 6 ay müddətində  qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə ediləcək.     


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın