AFFA-dan «İnter» və «Turan»ın baş məşqçisinə ağır cəza

AFFA-dan «İnter» və «Turan»ın baş məşqçisinə ağır cəza
XƏBƏR 22 Dekabr 2009 / 13:05 1844
-  A +

AFFA İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında Unibank Premyer Liqasının XVI turunun "İnter" - "Turan" oyununun 88-ci dəqiqəsində "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze ilə "Turan" klubunun baş məşqçisi Nizami Sadıqov arasındakı insidentlə bağlı qərar çıxarılıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumatda deyilir ki, bir-birini təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki baş məşqçi dörd oyunluq cəzalanıb, klublar isə 4000 manat cərimə olunub. Hər iki məşqçiyə verilmiş cəzanın yarısı (2 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni məşqçilər 6 ay müddətində  qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə ediləcək.     


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı