Bərəkət “Bakı”da ilk məşqə çıxdı

Bərəkət “Bakı”da ilk məşqə çıxdı
PREMYER LİQA 22 Dekabr 2009 / 12:48 3282
-  A +

“Bakı”nın baxışa dəvət etdiyi Adnan Bərəkət artıq ölkəmizdədir. Qol.Az-ın məlumatına görə, ərəbəsilli futbolçu dünən axşam saatlarında paytaxtımıza gəlib. Bu gündən isə Bərəkət artıq komandayla birgə ilk məşqinə çıxıb. Bu dəqiqələrdə hazırlıq prosesində iştirak edən futbolçu fəallığıyla seçilir. Topla yaxşı rəftar edən Bərəkətin texnikalı futbolçu olması ilk baxışdan görünür.
Hollandiyanın ikinci liqasında çıxış edən “Den Boş”un üzvü olan Adnan haqda “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz qarşıdakı günlərdə yekun qərarını verəcək. Adnan Bərəkət 1982-ci il, sentyabrın 3-də Amsterdamda anadan olub. Ərəbəsilli olsa da, Hollandiya pasportunu daşıyır. “Den Boş”la hazırkı müqaviləsi iyulun 1-də başa çatacaq. Ötən mövsüm “Den Boş”un heyətində 38 oyuna, cari mövsümdə isə 21 matça çıxıb.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi