Millimiz beynəlxalq turnirin qalibi oldu

XƏBƏR 22 Dekabr 2009 / 11:31 1565
-  A +

III Bakı Beynəlxalq Futzal Turniri Azərbaycan millisinin qələbəsi ilə başa çatıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, sonuncu turun ilk oyununda Gürcüstan yığması Rusiyanın «Kaspi» klubuna 4:5 hesabı ilə məğlub olub. Turnirin son qarşılaşmasında isə millimiz Türkiyə yığmasını 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq birinci yeri tutub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Turnirdə bütün oyunlarda məğlub olmuş Gürcüstan yığmasına xatirə hədiyyələri vetaran futbolçu, İcraiyyə Komitəsinin üzvü Ələkbərov Məmmədov tərəfindən təqdim olunub. Üçüncü pillənin sahibi «Kaspi» klubuna Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, ikinci yeri tutmuş Türkiyə millisinə isə AFFA-nın baş katibi Elxan Məmmədov diplomlar və xatirə hədiyyələri verib. Turnirin qalibi olan Azərbaycan millisinə diplomlar, xatirə hədiyyələrə və kubok AFFA-nın vit-prezidenti Elşad Nəsirov tərəfindən təqdim edilib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı