Əli Cansun: "Neftçi"dən başqa klubda oynamaram"

Əli Cansun: "Neftçi"dən başqa klubda oynamaram"
MÜSAHİBƏ 22 Dekabr 2009 / 00:30 3045
-  A +

"Neftçi"nin sabiq türkiyəli hücumçusu, hazırda Türkiyə Bank Asiya birinci liqasında "Hacəttəpə"nin heyətində çıxış edən Əli Cansun Qol.Az saytına müsahibə verib.

- Əli, necə gedir işlər?
- Hər şey yaxşıdır. Təşəkkür edirəm. Bildiyiniz kimi, Türkiyə Bank Asiya birinci liqasında "Hacəttəpə"nin heyətində çıxış edirəm.
- Bu gün mətbuatda sənin Azərbaycana dönəcəyin barədə fikirlər səsləndirilib. Konkret olaraq "Qarabağ" və "Neftçi"yə keçidinin gündəmdə olduğu deyilir...
- Nə "Qarabağ", nə də ki, "Neftçi"ylə danışıqlar aparmışam. Mənə Azərbaycandan heç bir klubdan rəsmi təklif gəlməyib. Azərbaycanda çox gözəl 1 ilim keçib. "Neftçi" klubu və azarkeşlərlə aramda çox gözəl və səmimi əlaqələrim var. Əgər sabah reallaşarsa və mən Azərbaycana dönərsəm, o zaman yalnız "Neftçi"də çıxış edərəm. "Neftçi"nin mənim ürəyimdə başqa bir yeri var.
- Belə başa düşdüm ki, yenidən təklif gələcəyi halda "Neftçi"də çıxış etməyə hazırsan? 
- Qeyd etdiyim kimi, mənə rəsmi heç bir təklif gəlməyib. Amma əgər real bir təklif olarsa, sevə-sevə "Neftçi"nin şərəfini qoruyaram.
- Komandanın oyunlarını izləyə bilirsənmi?
- AzTv vasitəsilə ara-sıra matçları izləmək şansım olur. Sizin saytda oyunların nəticələriylə tanış oluram. "Standard"la son matçı izləyə bilməsəm də, komandanın bu matçda yaxşı oyun nümayiş etdirərək, qalib gəldiyindən xəbərdaram.
- Azərbaycandan kimlərlə əlaqə saxlayırsan?
- Suat Usta və Samir Əliyevlə tez-tez zəngləşirəm. Bakıda taksi sürücüsü Anar var. Onunla tez-tez əlaqə saxlayıram. O, həqiqətən yaxşı adamdır. Bakıda olduğum zaman mənə çox köməkliyi dəyib. Ümumiyyətlə, Bakıda xeyli dostlarım var. Sizin vasitənizlə bütün "Neftçi" azarkeşlərinə və məni sevənlərə öz salamlarımı göndərirəm.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı