AFFA ilin ən yaxşı futbolçularını elan etdi

XƏBƏR 21 Dekabr 2009 / 13:42 1793
-  A +

Bu gün AFFA milli komandaların ən yaxşı futbolçularını müəyyənləşdirmək məqsədilə Unibank Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri, kapitanları, əsas milli komandanın baş məşqçisi, texniki direktor və veteran futbolçu - İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov arasında keçirdiyi rəy sorğusunu nəticəsini açıqlayıb. Qol.Az-ın məlumatına görə, sorğunun nəticəsinə əsasən Vaqif Cavadov ilin futbolçusu, Kamran Ağayev ilin qapıçısı, Elvin Quliyev ilin ən yaxşı çimərlik futbolçusu, Rizvan Fərzəliyev ilin ən yaxşı futzalçısı, Anna Atayeva isə ilin ən yaxşı qadın futbolçusu seçilib.
Bununla bağlı keçirilən mərasimdə qaliblərə AFFA rəhbərliyi tərəfindən mükafatlar təqdim olunub.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın