“Qarabağ” iki yerə bölündü

XƏBƏR 21 Dekabr 2009 / 13:33 1704
-  A +

“Simurq”la oyundan sonra “Qarabağ” paytaxta geri dönməyərək, Quzanlıda qalıb. Qol.Az-ın məlumatına görə, komanda “Bakı” ilə görüşün hazırlıqlarını doğma rayonda keçəcək. Lakin baş məşqçi Qurban Qurbanov və "Qarabağ"ın milli komandada çıxış edən üzvləri, eləcə də kapitan Aslan Kərimov  düşərgəni tərk edib. Onlar bu gün milli komandaların ən yaxşı futbolçusunun və qapıçısının seçilməsi ilə bağlı AFFA tərəfindən təşkil olunmuş sorğunun qaliblərinin mükafatlandırma mərasimində iştirak etmək üçün Bakıya gəliblər. Əsas heyətə düşə bilməyən komanda üzvləri isə Quzanlıda məşq edirlər. Bu gün axşam isə Bakıda olan komanda üzvləri Quzanlıya dönəcəklər.


Son xəbərlər