Tunc Afşar: “Biz bu futbolçularla bağlı qərarımızı vermişik”

Tunc Afşar: “Biz bu futbolçularla bağlı qərarımızı vermişik”
MÜSAHİBƏ 21 Dekabr 2009 / 13:21 4111
-  A +

“Bakı”nın vitse-prezidenti Tunc Afşarın Qol.Az saytına müsahibəsi

- Dünən “Bakı” gözlənilmədən “Olimpik-Şüvəlan”la oyunda iki xal itirdi. Xal itkisini nə ilə əlaqələndirirsiniz?
- Mənim fikrimcə, komandamız “Olimpik-Şüvəlan”a qarşı pis oynamadı. Qol vurmaq üçün bir neçə şansımız da oldu. Lakin 3-4 qol epizodu yaxalamağımıza baxmayaraq, futbolçular şanslarını boşa verdilər. Nəticədə 1 xalla kifayətlənməli olduq. 2 xal itirdiyimizə görə təəssüflənirik.
- Bəlkə ardıcıl qələbələrdən sonra komandada arxayınçılıq yaranıb və bu səbəbdən “Olimpik-Şüvəlan”la görüşdə xal itirdiniz?
- Mən belə deməzdim. Komandanın motivasiyası yüksək idi. Futbolçular qələbəyə oynayırdılar. Lakin istəyimizə çata bilmədik.
- Bir qədər də transfer çalışmaları barədə danışaq. Komandada baxışda olan futbolçular haqda qərar qəbul etmisiniz?
- Komandamızın məşqçilər korpusu həm Ostapenkonu, həm də Kukuyevi bəyəniblər. Hər iki futbolçuyla bağlı qərarımızı vermişik. Biz futbolçuların menecerlərinə təklifimizi çatdırdıq. Yekun qərarı isə futbolçular özləri qəbul edəcəklər. İndi onların cavablarını gözləyirik.
- Bu məsələ konkret olaraq nə vaxt dəqiqləşəcək?
- Hər iki futbolçu bu həftənin çərşənbə günü bizə yekun qərarlarını bildirəcəklər. Əgər onlar bizim şərtlərimizi qəbul etsələr, transferin reallaşmasında heç bir problem qalmayacaq.
- Bizim şərtlərimiz deyərkən konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Söhbət müqavilənin maddi tərəfindən gedir. Biz təklif etdiyimiz məbləği onlara demişik.
- Ostapenkodan fərqli olaraq, Kukuyevin “Lokomotiv”lə müqaviləsi var. Əgər futbolçunun özü ilə razılığa gəlsəniz, bu məsələni necə həll etməyi düşünürsünz?
- Bu barədə də Kukutyevlə söhbət etmişik. Sözügedən məsələni futbolçu özü həll edəcək.
- Hazırda komandanın düşərgəsində daha bir futbolçu var. Belaruslu Klimoviçlə bağlı hansısa qərar qəbul etmisiniz?
- Yox. Bu futbolçu hələ də baxışdadır. Məşqçilərimiz onun haqda yekun qərarı yəqin ki, bu həftə ərzində qəbul eəcəklər.
- “Ventspils”in üzvü İqor Tsıqırlaş da maraq dairənizdədir. Onun məsələsi nə yerdə qalıb?
- “Ventspils”in “Herenven”ə qarşı keçirdiyi oyunu nümayəndəmiz izləyib. Lakin İqor həmin görüşdə zəif təsir bağışlayıb. Ola bilər ki, Tsıqırlaşı yanvarda Antalyada keçirəcəyimiz təlim-məşq toplanışında sınayaq.
- Adıçəkilən futbolçulardan başqa “Bakı”nın maraq dairəsində olan oyunçular var?
- Belə oyunçular var. Amma indi biz bütün fikirlərimizi “Qarabağ”la oyuna yönəltmişik. Həmin qarşılaşmanı da baş vuraq, bundan sonra transfer çalışmalarımızı daha da sürətləndirəcəyik. Yeni oyunçuları Antalyada sınaqdan keçirəcəyik.
- Vətəninə yollanan Jaba nə vaxt geri dönəcək?
- Jaba Azərbaycana deyil, birbaşa Türkiyəyə gələcək. Yanvarın 3-də braziliyalı futbolçu Antalyada təlim-məşq toplanışında komandanın sərəncamında olacaq.    
 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq