"Simurq" "Çernomorets"in futbolçusunu transfer etmək istəyir

"Simurq" "Çernomorets"in futbolçusunu transfer etmək istəyir
PREMYER LİQA 21 Dekabr 2009 / 11:54 2871
-  A +

Qış fasiləsində heyətini gücləndirmək istəyən “Simurq” bu məqsədlə yenə ölkə xaricinə üz tutmaq istəyir. Qol.Az-ın məlumatına görə, ukraynalı dostları Roman Pokoraya “Çernomorets”in müdafiəçisi Aleksandr Babiçi məsləhət görüblər. Pokora həmin futbolçunun dosyesi ilə maraqlandıqdan sonra alınmasına qərar verib. Pokoranın istəyini normal qarşılayan klub prezidenti Zaur Məmmədov qərarını yaxın günlərdə açıqlayacaq. Məsələ ilə bağlı Məmmədov bunları bildirib: “Bəli, komandamızın baş məşqçisi Aleksandr Babiçin alınmasını istəyir. Bununla bağlı mənimlə söhbəti olub. Demişəm ki, “baxarıq”. Babiç universal futbolçudur. Müdafiənin istənilən mövqeyində oynamağı bacarır. Amma dediyim kimi, hələ transferlər barəsində qərar verməmişik. Premyer Liqanın bir neçə üzvünün adı bizimlə birgə hallanır. Sergey Laşenkov və Anatoli Doroşun bizim komandaya keçəcəyi deyilir. Amma mənim bu işdən xəbərim yoxdur. Ola bilsin ki, Pokora həmin futbolçulara göz qoyub. Gedənlər də olacaq. Roman Axalkatsinin çıxışından mən də razı deyiləm. Daha doğrusu, heç oynayıb ki, çıxışı barədə nəsə deyim? O, Azərbaycanda bir neçə klubda oynayıb. Bəlkə uyğunlaşma dövrü keçir. Tez-tez zədələnir. Bu o demək deyil ki, Roman Axalkatsi pis futbolçudur”.

Mənbə: "Çempion" qəzeti

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı