Rəşad Sadıqov: "Kocaelispor”da qalıb-qalmayacağım yaxın günlərdə bilinəcək"

XƏBƏR 5 Yanvar 2009 / 18:17 2446
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” klubunda baxışdadır. “Bu komanda bir müddət əvvəl mənimlə maraqlanırdı. Amma “Valyadolid”ə baxışa getdiyim üçün “Kocaelispor” variantı arxa plana keçmişdi. Hazırda “Kocaelispor”un düşərgəsindəyəm. Bu klubla müqavilə bağlayıb-bağlamayacağım yaxın günlərdə məlum olacaq ”  - deyə R.Sadıqov bildirib.

Sadıqov deyib ki, “Kocaelispor” klubunun düşərgəsinə iki gün əvvəl gedib.

Türkiyə Superliqasında çıxış edən “Kocaelispor”dan başqa, bu ölkənin birinci liqasında mübarizə aparan “Boluspor” klubu da Sadıqovla maraqlanır.

Hazırda müqavilə ilə “Neftçi” klubuna məxsus olan futbolçunun Misirin “Zəmələk” və Yunanıstanın OFİ klubuna keçməsi də mümkündür.

“Kocaelispor” Türkiyə Superliqasında 18 komanda arasında sonuncu yeri tutur. 

 

 

 

Mənbə: trend

 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki