“Xəzər Lənkəran”ın futbolçusu “Qəbələ” ilə görüşdə ilkə imza atıb

“Xəzər Lənkəran”ın futbolçusu “Qəbələ” ilə görüşdə ilkə imza atıb
PREMYER LİQA 21 Dekabr 2009 / 11:51 3232
-  A +

“Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev “Qəbələ” ilə görüşdə cari mövsümdə ilkə imza atıb. Qol.Az-ın məlumatına görə, Əmirquliyev cari mövsümdə “Xəzər Lənkəran”ın heyətində ölkə çempionatında qol vuran ilk yerli futbolçudur. Buna qədər keçirilən 15 turda “Xəzər Lənkəran”ın vurduğu 21 qoldan 20-ə legioner futbolçular (Allan Lalin 6, Mario Souza 5, Denis Kalinkov 4, İvan Svetkov 4, Junior Osvaldo) imza atmışdılar. Daha bir qolu isə “Olimpik-Şüvəlan”lı Kamara öz qapısına göndərib.

 


Son xəbərlər