Roman Pokora: "Heç-heçə bizim üçün yaxşı nəticədir"

Roman Pokora: "Heç-heçə bizim üçün yaxşı nəticədir"
PREMYER LİQA 20 Dekabr 2009 / 17:20 2929
-  A +

"Bu gün Premyer Liqanın ən güclü komandalarından biri ilə qarşılaşdıq. Heç-heçə bizim üçün yaxşı nəticədir. Aktivimizə bir xal əlavə etdiyimiz üçün sevinirik". Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın bu gün keçirilən "Qarabağ" - "Simurq" matçının oyunsonrası mətbuat konfransında Zaqatala klubunun baş məşqçisi Roman Pokora deyib. Pokora rəqibləri "Qarabağ" haqqında da öz fikirlərini bildirib: "Qarabağ"ın Azərbaycan futbolunun gələcəyi olduğunu tam əminliklə söyləmək olar. Əvəzedici heyətlər arasında keçirilən çempionatda onların lider olmaları da dediklərimi bir daha sübut edir. "Qarabağ"ın qurduğu bu sistem ən qısa zamanda öz sözünü deyəcək".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı