Ağasəlim Mircavadov: “Penaltini yerinə yetirsəydik belə…”

Ağasəlim Mircavadov: “Penaltini yerinə yetirsəydik belə…”
PREMYER LİQA 19 Dekabr 2009 / 18:37 3335
-  A +

"Güclü rəqibə qarşı oynadıq. "Qəbələ" klubunun son dəqiqəyədək mübarizə aparan, əzmkar komanda olduğunu bilirdik. Buna görə də, oyuna ciddi hazırlaşmışdıq”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Mircavadov bildirib ki, komandasına istirahət lazımdı: “Hesabda irəlidəydik, penaltini yerinə yetirə bilsəydik belə, bu oyunda axıra kimi mübarizə aparmalıydıq. Çünki rəqibimiz qollarını əsasən son dəqiqələrdə vurur. "Muğan"la keçirəcəyimiz oyuna hazırlaşacağıq. Komandamıza istirahət lazımdı. "Qəbələ"yə uğurlar arzulayıram”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı