Sxadadze yaşanan münaqişəni ailə problemləri ilə əlaqələndirdi

Sxadadze yaşanan münaqişəni ailə problemləri ilə əlaqələndirdi
PREMYER LİQA 19 Dekabr 2009 / 18:23 3161
-  A +

“Bizim üçün ağır bir matç keçdi.Futbolçularımız həddindən artıq yaxşı oynadılar. Onlara məsləhətim odur ki, həmişə bu cür çıxış etsinlər. Bu tipli oyunlarda komandamız möhkəmlənir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın bu gün keçirilən “İnter” – “Turan” matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü mütəxəssis həmkarı Nizami Sadıqovla aralarında yaşanan münaqişəyə də öz münasibətini açıqlayıb: “Bu kiçik insidentə görə hər kəsdən üzr istəyirəm. Əslində bu cür ağır oyunlarda belə şeyləri normal qarşılamaq lazımdır. Ailəvi problemlərim var idi. Münaqişəyə də bu səbəb oldu”.

Son xəbərlər