Ramiz Məmmədov: "Xəzər Lənkəran"la görüşdə heç-heçə bizi qane edəcək"

Ramiz Məmmədov: "Xəzər Lənkəran"la görüşdə heç-heçə bizi qane edəcək"
PREMYER LİQA 19 Dekabr 2009 / 14:09 2984
-  A +

“Açığı, "Xəzər Lənkəran"la bugünkü görüşdə heç-heçə bizi qane edəcək. Rəqibimiz evdə baxımlı oyun sərgiləyir. Buna baxmayaraq, ötən il cənubluları məğlub etməyi bacarmışdıq. Çalışacağıq, həmin uğuru bu dəfə də təkrarlayaq. Qələbə qazana bilsək, “altılıq”dakı yerimizi 70-80 faiz möhkəmlətmiş olacağıq. Yadımdadı ki, ilk dövrədə Mingəçevirdəki qarşılaşmada qeydə alınan nəticəyə görə çox sevinmişdik. Həmin uğurlu seriyanı davam etdirməyə çalışırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Premyer Liqanın XVI turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. Məmmədov komandasının uğurlu nəticələr qazanmasına baxmayaraq, çoxlarının “Qəbələ”nin “altılıq”dan kənarda qalacağını bildirməsinə də öz münasibətini açıqlayıb: “Yeganə hədəfimiz “altılığ”a düşməkdir. Yaxınlarda “İdman-Azərbaycan” kanalında verilişə dəvət alarkən bildirmişdim ki, biz “altılıq”da yer almaq istəyiriksə, gərək özümüzü çempionatın lideriylə müqayisə edək. Bu gün məni maraqlandıran əsas məsələ “İnter” , “Qarabağ” və “Xəzər Lənkəran”la rəqabət aparmaqdı. Ola bilsin, kimlərsə bizi həmin yarışda görmək istəməyərək çıxışımızı təsadüf adlandırır. Ancaq futbolla maraqlanan və bu oyunun biliciləri yaxşı dərk edir ki, 15 tur təsadüf olmur. Deməli, çəkdiyimiz əziyyət hədər getmir”.

Mənbə: "Futbol+"

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı