“Qarabağ” Respublika stadionuna qayıdır

“Qarabağ” Respublika stadionuna qayıdır
ÖLKƏ FUTBOLU 19 Dekabr 2009 / 13:22 2450
-  A +

“Qarabağ” klubu 2009-2010-cu il mövsümünün yekununda Avropa kuboklarına vəsiqə qazanacağı halda, oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Qol.Az-ın məlumatına görə, bu haqda stadionun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, artıq klub rəhbərliyi ilə mərkəzi arena arasında müqavilə bağlanılıb. “Qarabağ” qitəmiqyaslı oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirən ilk komandamızdır. Qalan klublarımız isə 2010-cu il yanvarın sonlarınadək seçim edərək, UEFA-nı məlumatlandırmalıdır.

Mənbə: lent.az


 

Daha çox


Son xəbərlər