“İdman-Azərbaycan” kanalı Yeni il şənliyi keçirdi

“İdman-Azərbaycan” kanalı Yeni il şənliyi keçirdi
XƏBƏR 18 Dekabr 2009 / 17:45 2063
-  A +

Bu gün “Idman-Azərbaycan” kanalı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edib. Qol.Az-ın məlumatına görə, mərasimə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbirdə çıxış edən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Hüsüyev, “Idman-Azərbaycan” kanalının direktoru Elsəvər Dünyamalıyev qonaqları salamlayıb, onların qarşıdan gələn bayramlarını təbrik edib. Hər iki natiq çıxışlarında Azərbaycan idmanının 2009-cu ildəki nailiyyətlərinə toxunublar.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, olimpiya çempionları Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftəhəddinova və digərləri ürək sözlərini çatdırıblar.    

 


Son xəbərlər