Çempionlar Liqasında İtaliya-İngiltərə qarşıdurması

Çempionlar Liqasında İtaliya-İngiltərə qarşıdurması
DÜNYA FUTBOLU 18 Dekabr 2009 / 16:58 2664
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/8 püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, püşkatmadan sonra play-off mərhələsində mübarizə aparacaq cütlər aşağıdakı kimi formalaşıb:

“Ştutqart” (Almaniya) - “Barselona” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Bordo” (Fransa)
“İnter” (İtaliya) - “Çelsi” (İngiltərə)
“Bavariya” (Almaniya) - “Fiorentina” (İtaliya)
MOİK (Rusiya) - “Sevilya” (İspaniya)
“Lion” (Fransa) - “Real” (İspaniya)
“Portu” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Milan” (İtaliya) - “Mançester Yunayted” (İngiltərə)

Bu mərhələnin ilk oyunları 2010-cu il fevralın 16-ı və 17-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.


Son xəbərlər